HADİSƏ

Şimal bölgəsində təhlükənin qarşısı alındı

Meşə zolağı yanğından mühafizə olunub
Sputnik

BAKI, 7 avqust — Sputnik. Şabran rayonunun Zöhrabkənd kəndində 1 ha sahədə quru ot, kol-kos və ağac kötükləri yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xatırladaq ki, ötən həftə Şabran da daxil olmaqla, şimal bölgəsində güclü meşə yanğınları baş vermiş, sonrada çətinliklə söndürülmüşdü.