Məktəbliləri qəsdən maşınla vuran şəxs qətlə yetiriləcək

Çində məktəbliləri qəsdən maşınla vuran şəxs edam ediləcək
Sputnik

BAKI, 7 avqust — Sputnik. Çin Ali Xalq Məhkəməsi iki il əvvəl qəsdən məktəbliləri maşınla vuran şəxs barəsində ölüm hökmünün tətbiq olunması üçün order verib.

"Reprot" xəbər verir ki, bu barədə Nanyan şəhərinin orta dərəcəli Xalq Məhkəməsinin saytında yer alan bəyanatda deyilir.

Hadisə 2016-cı il dekabrın 29-da Henan vilayətinin Nanyan şəhərində baş verib. Müttəhim Ma Qaoçao yüksək sürətlə idarə etdiyi avtomobili məktəb ərazisinə salaraq şagirdlərin üstünə sürüb. İnsident nəticəsində 6 məktəbli yaralanıb. O, bundan sonra məktəb ərazisini tərk edib və yoldan keçən başqa qrup şagirdi hədəf alıb. Nəticədə 1 məktəbli ölüb, daha 11 nəfər yaralanıb.

Məhkəmə Ma Qaoçaonun şəxsi intiqam səbəbindən qəsdən maşını bir qrup insanın üstünə sürdüyü qərarına gəlib, onu ölüm cəzasına məhkum edib və ömürlük bütün siyasi hüquqlarından məhrum edib.