İlham Mustafa Sputnik Azərbaycan
BAKI, 7 avqust — Sputnik. Tovuz rayonunda iki dinc sakin minaya düşüb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Kənd sakini, 14 yaşlı Elgün Hüseynov mal-heyvan otararkən piyada əleyhinə minaya düşüb. Onu ərazidən çıxarmaq üçün köməyə gedən 24 yaşlı Elşad Mehdiyev də bədənin müxtəlif yerlərindən qəlpə yaraları alıb.
Xəstəxanaya çatdırılan Elgün Hüseynovun vəziyyəti ağırdır. Həyatına təhlükə var. Sol ayağı və bədəninin qurşaqdan aşağı hissəsi amputasiya olunub. Elşad Mehdiyevin isə yüngül qəlpə yaraları ilə müalicəsi davam etdirilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.