RUSİYA

Polis avtomobili "Qazel"lə toqquşdu — VİDEO

Polis avtomobilinin içində olanlar lazımi sənədləri götürərək avtomobildən uzaqlaşıb
Sputnik

BAKI, 6 avqust — Sputnik. Moskvada polis avtomobili ilə "Qazel"in qəza anı kameralara düşüb. Sputnik Azərbaycan xəbər verir ki, qəzadan sonra "Qazel"in furqonu yanıb. Yol nəqliyyat hadisəsi avqustun 6-sı səhər saatlarında baş verib.

Kadrlarda "Qruzoviçkof" şirkətinə aid "Qazel"in yol ayrıcına çıxarkən polis avtomobili ilə toqquşduqdan sonra aşıb yandığına şahid oluruq. Hadisədən sonra "Qazel"in sürücüsü avtomobili tərk edir. Polis avtomobilinin içində olanlar isə lazımi sənədləri götürərək avtomobildən uzaqlaşırlar.

"Sürücü-polis yolayrıcını keçəndə yolun təhlükəsizliyinə əmin olmalıdır. O "Qazel"i görməyib və nəqliyyatların hərəkət trakyektoriyası kəsişib" — deyə şirkətdən bildirilib.

"Qazel" yoldan keçən sürücülərin köməkliyi ilə söndürülüb. Qəza nəticəsində heç kim xəsarət almayıb. Ancaq yolda bir neçə saat nəqliyyatın hərəkətində probelm yaşanıb.