RUSİYA

"Minməyin, təyyarə ortadan qırılacaq" - VİDEO

O, "minməyin, təyyarə ortadan qırılacaq" deyə qışqırdıqdan sonra təyyarədə böyük panika yaşanıb
Sputnik

BAKI, 6 avqust — Sputnik. Rusiyada sərnişin təyyarənin havaya qalxmasına mane olub. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, Soçidən Moskvaya gedən təyyarəyə minən rus qadın təyyarənin qapısında qışqırmağa başlayıb.

O, "minməyin, təyyarə ortadan qırılacaq" deyə qışqırdıqdan sonra təyyarədə böyük panika yaşanıb. Heyət üzvləri hadisəyə müdaxilə edərək qadını təyyarədən çıxarmağa çalışıb. Qadın isə qışqırmağa davam edərək əlavə edib ki, heç kim uça bilməyəcək.

1,5 saatdan sonra qadın təyyarədən endirilib və izahatı alınıb. Qadının psixoloji problemləri olduğu deyilir. Təyyarə 1,5 saat gecikmə ilə Soçidən Moskvaya çatıb.