SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarov Aİ ilə böyük sazişdən danışdı: "Bizim siyasətimiz "və ya"lara söykənmir"

XİN başçısı: "Əminik ki, bu kursa sadiqlik öz bəhrəsini verməyə davam edəcək və bizim xalqımızın, ümumilikdə regionun xeyrinə xidmət edəcək"
Sputnik

BAKI, 6 avqust — Sputnik. Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında dialoq uzun müddətdir ki, bərabərhüquqlu və qarşılıqlı səmərəli şəkildə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Avropa Parlamentindən Azərbaycanın lehinə vacib qətnamələr

Azərbaycan ilə Aİ arasında yeni sazişə dairə prosesin necə getməsi barədə sualı cavablandıran nazir bildirib ki, bu günlərdə Brüsseldə Aİ rəsmiləri ilə baş tutan görüşlər bu cür yanaşmanın doğru olduğunu göstərir: "Proses düzgün istiqamətdə davam edir və bu, iki bərabərhüquqlu tərəfdaş arasında "böyük sazişin" imzalanmasına gətirib çıxaracaq".

Azərbaycan ilə Avropa İttifaqı arasında vizasız rejim barədə danışan Məmmədyarov vurğulayıb ki, bu iki tərəfdaş arasında artıq sadələşdirilmiş viza rejimi mexanizmi mövcuddur: "Bu sahədə qarşılıqlı əlaqələr inkişaf edir və hər iki tərəfin maraqlarına cavab verəcək səviyyə çatacaq".

"Azərbaycanın xarici siyasət kursu "və ya-və ya" prinsipi əsasında deyil, balanslaşdırılmış, çoxvektorlu və inklüziv xarakter daşıyır. Əminik ki, bu kursa sadiqlik öz bəhrəsini verməyə davam edəcək və bizim xalqımızın, ümumilikdə regionun xeyrinə xidmət edəcək" — deyə XİN başçısı əlavə edib.