Yer üzünün ən tənha kişisi odur

Alimlərin fikrincə, kişi 1990-cı illərdə 6 nəfərdən ibarət olmuş tayfanın sonuncü nümayəndəsidir
Sputnik

BAKI, 5 avqust — Sputnik. Dünyanın ən tənha adamı tapılıb. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, Braziliyanın Rondoniya şəhərində yaşayan naməlum tayfanın nümayəndəsi olan kişi 22 ildir ki, tənha yaşayır. Vaxtının böyük hissəsini o meşə heyvanları ovlamaq, papay və qarğıdalı yetişdirməklə keçirir.

Onun yaşadığı ərazinin ətrafında bir neçə dərin xəndək var. O bu xəndəklər vasitəsilə heyvan tutur və bəzən də özü orada gizlənir. Buna görə də o "deşikdəki adam" adını alıb.

Alimlərin fikrincə, kişi 1990-cı illərdə 6 nəfərdən ibarət olmuş yayfanın sonuncü nümayəndəsidir. Onun 5 yaxını fermerlərlə torpaq davaları zamanı öldürülüb. Bundan sonra hindu 20 il insanlardan gizlənib. Ancaq indi o kameralara düşüb. Məlumata görə, onun 50 yaşı var.

Amazon meşələrində cəmiyyətdən uzaq düşmü 113 qəbilə yaşadığı deyilir. Ancaq onlardan 27-sinin varlığı təsdiqlənib.