Cek-pot udan kanadalı milyonçu oldu

Kanada sakini lotereyadan 7,7 milyon dollar udub
Sputnik

BAKI, 5 avqust — Sputnik. “Lotto Max” lotereyasına qoyulmuş 7, 7 milyon dollar cek-potu Kanada sakini qazanıb.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bu barədə oyunun təşkilatçısı olan “OLG” şirkətinin nümayəndələri bildiriblər.

Kanada milli lotereya qaydalarına əsasən mükafatı əldə etmək üçün mütləq bilet təşkilatçılara təqdim edilməli, qalibin adı isə açıqlanmalıdır.