CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Apple" dünya tarixində bir ilkə daha imza atacaq

Bu ilin 2-ci rübündə "Apple"nin gəlirləri 17,3 faiz artaraq 53,26 milyard dollara çatıb
Sputnik

BAKI, 5 avqust — Sputnik. ABŞ-ın texnologiya nəhəngi "Apple" korporasiyası bu ilin 2-ci rübündə ötən ilin eyni dövrünə nisbətən xalis mənfəət və gəlirinin artdığını açıqlayıb.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, bu ilin 2-ci rübündə "Apple"nin gəlirləri 17,3 faiz artaraq 53,26 milyard dollara çatıb. Xalis gəliri isə 32,1 faiz artaraq 11,52 milyard dollar olub. Bu açıqlamalardan sonra şirkətin səhmləri bahalaşıb. "Apple"nin səhmləri 3,9 faiz artımla 197,67 dollara qədər qalxıb. Səhmləri 198,95 dollar səviyyəsinə çatarsa, "Apple" tarixdə bazar dəyəri 1 trilyon dollara yüksələn ilk şirkət olacaq.

956 milyard dollar bazar dəyərinə malik olan "Apple" dünyanın ən qiymətli şirkətidir.