ABŞ səfirinə silahlı hücum oldu

Banqladeşdə ABŞ səfirinin avtomobilinə silahlı hücum olub
Sputnik

BAKI, 5 avqust — Sputnik. Banqladeşin paytaxtı Dəkkədə ABŞ səfiri Marş Berniketin içərisində olduğu avtomobilə bir qrup silahlı şəxs hücum edib.

“Report” xəbər verir ki, bu barədə Amerikanın Banqladeşdəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hücum edən şəxslərdən bir neçəsi motosikletdə olub.

"Səfir, sürücüləri və təhlükəsizlik xidmətinin əməkdaşları xəsarət almayıblar, lakin mühafizənin iki avtomobilinə ziyan dəyib", — deyə xarici siyasət idarəsinin bəyanatında bildirilir.