BAKI, 4 avqust — Sputnik. Paytaxtdakı 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Dəyişikliyə əsasən, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə yeni mənzillərin verildiyi yaşayış binasınadək hərəkət edirlər.