CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yüksək vəzifəyə təyinat oldu

Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub
Sputnik

BAKI, 4 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) kadr dəyişikliyi olub.

“Report” xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirləri Yalçın Müslümov və Elman Cəfərov vəzifələrindən azad ediliblər.

Nazir Sahil Babayevin digər əmri ilə Elman Cəfərov nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunub. 

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin əvvəlki rəisi Əlizadə Fuad Rəhim oğlu idi. O, vəzifəsindən azad olunandan sonra nazirlikdə hər hansı vəzifəyə təyinat almayıb.