HADİSƏ

Şimal bölgəsində marşrut avtobusu aşdı, xəsarət alanlar var

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır
Sputnik

BAKI, 4 avqust — Sputnik. Siyəzəndə mikroavtobus qəzaya uğrayıb

"Report"un verdiyi məlumata görə, Bakı-Xudat marşrut avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri tibbi yardımdan imtina etsə də, sərnişinlərdən 1970-ci il təvəllüdlü İlqar Axundov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.