Keşmiş prezidentin həkimi həbs edildi

Abdullah Gülün prezidentliyi dövründə həkimi olan Sedat Caner FETÖ üzvü olduğu ittihamı ilə həbs edilib
Sputnik

BAKI, 4 avqust — Sputnik. Abdullah Gülün prezidentliyi dövründə həkimi olan Sedat Caner FETÖ üzvü olduğu ittihamı ilə həbs edilib.

Sputnik Azərbaycan "Habertürk"ə istinadla xəbər verir ki, istintaq çərçivəsində bu həftənin əvvəlində keçmiş Qazi Universitetindən 19 nəfər haqqında həbs qərarı verilmişdi. Onların arasında Türkiyənin 11-ci prezidenti Abdullah Gülün vəzifədə olduğu dövrdə yaxın həkimi olan Sedat Canerin də olduğu ortaya çıxıb.

Ancaq Caner ona qarşı irəli sürülən ittihamları rədd edib və FETÖ üzvü olmadığını müdafiə edib.

O, hakim qarşısına çıxarılıb və həbs edilib.