RUSİYA

Lavrovun erməni həmkarı ilə görüşü məsələsinə aydınlıq gətirildi

Sergey Lavrovun qrafikində belə bir görüş nəzərdə tutulmayıb
Sputnik

BAKI, 4 avqust — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün hazırlanması barədə məlumatı təkzib. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

"Sergey Lavrovun qrafikində belə bir görüş nəzərdə tutulmayıb. Bu haqda heç bir məlumatım yoxdur. Biz daima müxtəlif məsələlərlə bağlı həmkarlarımızla əlaqədəyik", – deyə Zaxarova erməni jurnalistin məsələ ilə bağlı sualını cavablandırarkən bildirib.