BAKI, 3 avgust — Sputnik. Ermənistanın müdafiə naziri David Tonoyan Yerevanda səfərdə olan Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fominlə görüşüb. Bu barədə Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir.
Məlumata əsasən, görüş zamanı tərəflər iki ölkə arasında siyasi, hərbi və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda, hərbi-siyasi əməkdaşlığın aktual məsələləri və prioritet proqramlar, həmçinin Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının fəaliyyətinə dair də müzakirələr aparılıb.
Tonayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı rusiyalı generalı məlumatlandırıb. Tərəflər, həmçinin regional və beynəlxalq hərbi-siyasi vəziyyət haqqında fikir mübadiləsi aparıblar.