RUSİYA

"Putinlə rinqə çıxmağımı gözləyirdilər" – Tramp

ABŞ prezidenti: "Biz hər şeyi müzakirə etdik və həqiqətən də yaxşı anlaşa bildik"
Sputnik

BAKI, 3 avgust — Sputnik. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə yaxşı əlaqələr qura bilib. Sputnik Azərbaycan "The Hill" nəşrinə istinadən xəbər verir ki, bunu Tramp Pensilvaniya ştatında keçirilən mitinq zamanı deyib.

Putin Trampın ən güclü cəhətlərini sadaladı

"Helsinkidə mən Vladimir Putinlə möhtəşəm görüş keçirdim. Biz hər şeyi müzakirə etdik. Həqiqətən də yaxşı anlaşa bildik" — deyə ABŞ lideri vurğulayıb.

Baş tutan sammitə ABŞ-dan olan reaksiyaları şərh edən Tramp bəyan edib ki, ondan rusiyalı həmkarı ilə "boks matç"ına çıxmasını gözləyirdilər.

Qeyd edək ki, iyulun 16-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında təkbətək görüş olub. Görüşü planlaşdırılandan artıq — 2 saat 10 dəqiqə çəkib. Danışıqlarda Rusiya və ABŞ prezidentlərinin iki ölkə arasındakı münasibətlərin perspektivlərini və aktual beynəlxalq məsələləri müzakirə etdikləri bildirilir.

Görüşdən sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.