HADİSƏ

İstirahətə gəlmişdi, xəstəxanalıq oldu

Məmmədova Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Şabranda ilansancma hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən rayon mərkəzində baş verib. Belə ki,Bakıdan Şabrana qonaq gələn 1986-cı il təvəllüdlü Məmmədova Könül Feodır qızı həyətdə oturub isirahət etmək istəyəndə qəfidən ilanın üzərində əyləşib. İlan sürüşərək yerə düşüb və K.Məmmədovanı ayağının daban nahiyəsindən sancıb.

K.Məmmədova Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin səyi nəticəsində onun həyatını xilas emək mümkün olub. Hazırda xəstənin vəziyyəti normaldır.