RUSİYA

Səfir Milli Təhlükəsizlik Xidmətində oldu

Vanetsyanın fikrincə bu tərəfdaşlıq Ermənistan və Rusiya xüsusi xidmət orqanları arasında da qarşılıqlı əlaqələrin inkişafına səbəb olub
Sputnik

BAKI, 3 avqust — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bu gün Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkini qəbul edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Vanetsyan təyinat münasibəti ilə səfiri təbrik edib və daha sonra ölkələr arasında sıx əməkdaşlığın olduğunu vurğulayıb.

Vanetsyanın fikrincə bu tərəfdaşlıq Ermənistan və Rusiya xüsusi xidmət orqanları arasında da qarşılıqlı əlaqələrin inkişafına səbəb olub.

Xüsusi xidmət orqanları arasında əməkdaşlığın vacibliyini vurğulayan Rusiya səfiri vurğulayıb ki, Ermənistan bir sıra istiqamətlər üzrə Rusiyanın əsas tərəfdaşıdır.