HADİSƏ

Millət vəkilinin qohumu faciəli şəkildə həlak olub

Hadisə dünən axşam saatlarında baş verib
Sputnik

BAKI, 3 avqust — Sputnik. Milli Məclisin üzvü Eldar İbrahimova itki üz verib. Belə ki, deputatın qaynının Nemət adlı oğlu avtomobil qəzasında həlak olub. Bu barədə Sputnik Azərbaycan-a mərhumun yaxınları məlumat veriblər.

Eldar İbrahimov

Hadisə dünən axşam saatlarında Naxçıvan Muxtar Respublikasının ərazisində, Nehrəm yolunun Gəc Zavodunun yanından keçən hissəsində baş verib. Hadisənin təfərrüatı barədə hələlik ətraflı məlumat yoxdur.