SƏHİYYƏ

Bunu etmək həm telefonunuz, həm özünüz üçün təhlükəlidir

Batareyanın normal istifadə müddəti ən azı bir ildir
Sputnik

BAKI, 3 avqust — Sputnik. Bir çox insanlar telefonlarını telefon enerji yığanda da istifadə edirlər. Sputnik AzərbaycanRusiya mediasına istinadən xəbər verir ki, enerji yığan telefondan istifadə zərərlidir. Belə ki, enerji yığan telefondan istifadə edən zaman telefonun özü üçün də təhlükə yaranır, bu həm də sahibi üçün təhlükəlidir.

Qeyd edək ki, müasir smartfonlar litium-ion batareyaları ilə təchiz olunub ki, bu da onların enerji təchizatı ilə bağlıdır.

Enerji yığan zaman telefonda hansısa əmrlər verəndə batareya şişir və tez xarab olur.  Eyni zamanda telefonu enerji yığandan sonra da elektrik cərəyanına qoşulu saxlamaq olmaz. Bu da telefonun xarab olmasına səbəb olur.

Qeyd edək ki, batareyanın normal istifadə müddəti ən azı bir ildir.