CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yasamal sakinlərinin nəzərinə: Bir müddət əziyyət çəkməli olacaqsınız

İri və xırda dənəli olmaqla küçələrin 26 min kv.m sahəsinin asfaltlanması nəzərdə tutulub
Sputnik

BAKI, 2 avqust — Sputnik. Yasamal rayonunda daha iki küçənin əsaslı şəkildə təmirinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Yasamal rayonunda yenidən qurulan Əsəd Əhmədov küçəsindən sonra Məhəmməd Xiyabani və "A Keçidi" küçələrinin əsaslı şəkildə təmiri işlərinə start verilib.

"Hazırda Məhəmməd Xiyabani küçəsinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən "A Keçidi" küçəsi ilə kəsişməsinədək olan 550 metrlik hissəsi və "A Keçidi" küçəsinin Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri arasında yerləşən 400 metrlik hissəsi təmir edilir. Küçələr uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi" deyə məlumatda bildirlir. 

Sürücülərin nəzərinə: Bu yol bir ildən sonra açılacaq

Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 6 min kv.m sahədə frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 22 min kub.m həcmdə qazılaraq çıxarılır, qazılmış və genişləndirilmiş ərazilərə isə 30 min kub.m-dən çox yararlı material tökülərək kipləşdirmə işləri aparılır.

Bu işlərin ardınca zəruri olan ərazilərdə 5800 kub.m həcmdə yol əsası inşa ediləcək. Daha sonra həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənəcək. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə küçələrə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. İri və xırda dənəli olmaqla küçələrin 26 min kv.m sahəsinin asfaltlanması nəzərdə tutulub: "Asfaltlanma işləri bitən kimi küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə 90 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək".