VİDEO

Qafqaz Albaniyasına məxsus mədəniyyət nümunəsi tapılıb

Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib
Sputnik

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib. 2017-ci ildə abidənin türbə deyil, Qafqaz Albaniyasına məxsus alban-xristian abidəsinin zəng qülləsi olduğu məlum olub.

Qeyd edək ki, abidə kənd sakini Elşad Dabaxovun həyətində yerləşir. Kənd sakini bildirib ki, illərdir bu abidəni qoruyur, ətrafında təmizlik işləri aparır.