Türkiyə vətəndaşı Ermənistanda təşvişə səbəb oldu

Türkiyə vətəndaşı Ermənistan təhlükəsizlik qüvvələrinə təhvil verilib
Sputnik

BAKI, 2 avqust — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda Sərhəd İdarəsinin əməkdaşları Türkiyə-Ermənistan sərhədini qanunsuz şəkildə keçmək istəyən Türkiyə vətəndaşını saxlayıb. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Yaylan məlumatda qeyd olunur ki, Gümrüdə xidmət aparan Rusiya sərhədçiləri təhlükəsizlik cihazlarından yayınmağa çalışan bir Türkiyə vətəndaşını saxlayıb. Onun üzərindən müsadirə olunan telefonda sərhəddəki tikintilərin və baryerlərin foto və videolarının olduğu müəyyənləşib.

Türkiyə vətəndaşı Ermənistan təhlükəsizlik qüvvələrinə təhvil verilib.