CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərdoğana ən çox zəng edən şəxsin adı açıqlandı

Araşdırmada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin bu müddət ərzində hansı həmkarları ilə daha çox telefonla danışdığı araşdırılıb
Sputnik

BAKI, 2 avqust — Sputnik. Siyasi hadisələrlə paralel olaraq prezidentlər cari məsələlələrlə bir-biri ilə telefon əlaqəsi də yaradırlar. Ölkələr arası siyasət və iqtisadi əlaqələrlə bağlı olaraq müəyyən liderlər bir biri ilə daha çox danışırlar. Sputnik AzərbaycanTürkiyə KİV-nə istinadən xəbər verir ki, "Statista" Araşdırmalar Mərkəzi dünya liderlərinin telefon danışığını analiz edib.

Donald Trampın prezident kürsüsünə əyləşdikdən sonra yəni 2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayına qədər hansı liderlə neçə dəfə danışdığını araşdırıb.

Araşdırmada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin bu müddət ərzində hansı həmkarları ilə daha çox telefonla danışdığı araşdırılıb.

Belə ki, son 19 ayda Tramp 40-dan çox dünya lideri ilə 200-dəfədən çox telefonla danışıb. Tramp bu telefon danışıqlarından 154-ünü 12 liderlər həyata keçirib. ABŞ prezidenti bu müddət ərzində ən çox fransalı həmkarı Emmanuel Makronla danışıb.

Son 19 ayda Tramp Makronla 25 dəfə danışıb. İkinci yerdə isə 22 telefon zəngi ilə İngiltərə baş naziri Tereza Mey gəlir. Bu müddət ərzində Tramp cəmi 8 dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.

2017-ci ilin yanvarından 2018-ci ilin iyuluna qədər Rusiya prezidenti Vladimir Putin ən çox Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb. Putin və Ərdoğan son 19 ayda 28 dəfə telefonla danışıb.