HADİSƏ

Meşə yanğını bu əraziyə də keçdi

Ağsu ərazisində yanğın baş verib
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Ağsuda bələdiyyə və meşə sahələrində yanğın baş verib. Hadisə gecə saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Ağsu dolaylarından keçən hissəsində qeydə alınıb. Dərhal əraziyə FHN-in dövlət yanğından mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının ərazisi genişləndiyindən əlavə olaraq səhər saatlarında FHN-in bir helikopteri cəlb edilib.

1 / 4
Ağsuda ərazisində meşə yanğını
2 / 4
Ağsuda ərazisində meşə yanğını
3 / 4
Ağsuda ərazisində meşə yanğını
4 / 4
Ağsuda ərazisində meşə yanğını

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, Ağsu Rayon FH komisiyasının sədri İqbal Mikaylovun verdiyi məlumta görə bu saatlara qədər təqribən 30 ha ərazidə kol-kos, otlaq və meşə ərazisi yanıb. Bəzi ərazilərdəki qalın meşəlik və kolluq yanğınsöndürənlərin işinə xeyli mane olub. Yanğın söndürənlərin səyi nəticəsində alovun yüksək gərginlikli elektrik xətlərinin ərazisinə və dolaylarda olan obyektlərə keçməsinin qarşısını alınıb. Şamaxı regional meşə mühafizəsi və bərpası müəssisəsinin drektor müavini Bəxdiyar Xəlilov bildirib ki,yanğın ilk olaraq bələdiyyə ərazilərində qeydə alınıb. Yanğının söndürülməsi üçün əlavə olaraq Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin qüvvəsi köməyə gəlib. Hazırda alovun tam söndürülməsi üçün ərazidə işlər aparılır.