HADİSƏ

Qarpızdan zəhərlənmə baş verib, diqqətli olun

O, evdə qarpız yedikdən 1 saat sonra vəziyyəti pisləşib
Sputnik

BAKI, 1 avqust — Sputnik. Tovuzda zəhərlənmə faktı qeydə alınıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayon sakini, 2004-cü il təvəllüdlü Adil Abdullayev qarpızdan zəhərlənib.

Yaxınları yeniyetmənin evdə qarpız yedikdən 1 saat sonra vəziyyətinin pisləşdiyini deyiblər. Valideynlərini onu Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb, hazırda vəziyyəti kafidir.