HADİSƏ

Avtomobil parkı çökdü, maşınlar yararsız hala düşdü

Qəfil parkinqin döşəməsi çöküb və avtomobillər uçuruma düşüb. Orada olan onlarla maşına maddi ziyan dəyib, bəziləri isə yararsız hala düşüb.
Sputnik

BAKI, 1 avqust — Sputnik. Los-Ancelesdə gözlənilməz hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Los-Ancelesdə bir avtomobil parkı qəfil çökdüyü görünür. Müşahidə kameralara həkk olan görüntülərdə aydın görünür ki, parkinqdə avtomobillər dayanıb. Qəfil parkinqin döşəməsi çöküb və avtomobillər uçuruma düşüb. Orada olan onlarla maşına maddi ziyan dəyib, bəziləri isə yararsız hala düşüb.