Zakir Qaralov yeni prokuror təyin edib

Baş Prokurorluğun idarə rəisinin müavini tutduğu vəzifəsindən azad edilərək rayona prokuror göndərilib
Sputnik

BAKI, 31 iyul — Sputnik. Şamaxı rayonuna yeni prokuror təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Baş Prokurorluğun idarə rəisinin müavini Müşfiq Səfərov tutduğu vəzifəsindən azad edilərək Şamaxı rayon prokuroru təyin olunub.

Şamaxı rayon prokuroru olmuş Zakir Müslümov isə bir müddət öncə təqaüdə göndərilib.