TƏHLİL

Politoloq: “Türkiyə müttəfiqliyə son versə, ən çox itirən ABŞ olacaq”

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, ABŞ-Türkiyə müttəfiqliyinə son verilsə bundan heç kim qazanmayacaq
Sputnik

Elxan Şahinoğlu: “Ərdoğan Türkiyəni ABŞ-dan uzaqlaşdırır”
“ABŞ Türkiyəni müttəfiq kimi itirə biləcəyini unutmamalıdır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ-Türkiyə müttəfiqliyinə son verilsə bundan heç kim qazanmayacaq: 

“Bu müttəfiqliyin bitməsindən ən böyük itirən tərəf ABŞ olacaq. Türkiyə Avrasiya məkanın ən böyük dövlətlərindən biridir. Onun Mərkəzi Asiya, Cənubi Qafqaza müəyyən təsirləri var. ABŞ sərt davranışları ilə Türkiyəni itirə bilər. Ərdoğan artıq Türkiyəni ABŞ-dan uzaqlaşdırır. Bu da ABŞ-ın yanlış siyasətinə görə baş verir”. Qeyd edək ki, Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan amillərdən biri yevangelist pastor Endrü Bransonun həbs olunmasıdır. O, hərbi və siyasi casusluqda, terror təşkilatına üzv olmasa da, təşkilatın maraqları naminə cinayət törətməkdə ittiham edilir. 

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz