Tramp İtaliyanın baş naziri ilə Azərbaycanın nəhəng layihəsini müzakirə edib

ABŞ prezidenti: "Biz Avropa İttifaqı rəhbərliyi ilə Avropada ABŞ-ın sıxılmış qazını qəbul edə biləcək 9-11 limanın tikintisi məsələsini müzakirə etmişik"
Sputnik

BAKI, 31 iyul — Sputnik. Avropa İttifaqı (Aİ) ABŞ-dan sıxılmış qaz tədarükünü həyata keçirmək üçün öz vəsaiti hesabına limanlar tikəcək. Sputnik Azərbaycan "RBC"-ya istinadən xəbər verir ki, bunu İtaliyada baş nazir Cuzeppe Konte ilə keçirilən görüşdən sonra mətbuat konfransı zamanı sualları cavablandıran ABŞ prezidenti Donald Tramp deyib.

Konte öz növbəsində bəyan edib ki, ABŞ lideri ilə Trans Adriatik Boru Kəmərini müzakirə ediblər: "Mən vurğuladım ki, strateji hədəf İtaliya və Cənubi Avropaya enerji resurslarının tədarükünü təmin etməkdir".

Məsələni şərh edən Tramp bildirib ki, ABŞ bunun alternativini təklif etməyə hazırdır: "Biz Avropa İttifaqı rəhbərliyi ilə Avropada ABŞ-ın sıxılmış qazını qəbul edə biləcək 9-11 limanın tikintisi məsələsini müzakirə etmişik".

Putin Trampın ən güclü cəhətlərini sadaladı

Tramp eyni zamanda vurğulayıb ki, limanların tikintisini məhz avropalıların özləri maliyyələşdirməlidir.

Qeyd edək ki, TAP layihəsi Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycana məxsus "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə ikinci mərhələ çərçivəsində hasil ediləcək qaza layihə üçün əsas mənbə kimi baxılır.

İlkin olaraq TAP boru kəmərinin gücü il ərzində 10 milyard kubmetr təşkil edir. Onu il ərzində 20 milyard kubmetrədək artırmaq imkanı mövcuddur.

İsveçrənin "AXPO" (42,5 faiz), Norveçin "Statoil" (42,5 faiz) və Almaniyanın "E.ON Ruhrgas" (15 faiz) şirkətləri TAP layihəsinin səhmdarlarıdır.