HADİSƏ

Respublikanın təhlükəli bölgəsindən son xəbər

Hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur
Sputnik

BAKI, 31 iyul — Sputnik. Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Məluamata görə, hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd "Mi-17" helikopteri yanğınsöndürmə işlərində iştirak edir.

Xatırladaq ki, Respublikanın şimal bölgəsinin dağlıq ərazilərində bir neçə gündür güclü yanğın başlayıb. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Yanğının xeyli hissəsi söndürülüb.