Saxta "Mehdi" bu dəfə kenquruya gücünü göstərdi - VİDEO

Heyvansevərlər saxta "Mehdi"ni tənqid ediblər
Sputnik

BAKI, 31 iyul — Sputnik. Türkiyədə özünü "Mehdi "adlandıran Tuncer Çiftçi bu dəfə yeni videosu ilə gündəmə gəlib. Öncə qadınları şəlalədən keçirən saxta "Mehdi" indi də bir heyvana gücünü göstərib.

Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, zooparkların birində qəfəsdə olan kenqurunu vuran və onu hirsləndirən Tuncer Çiftçi əlindən gələni edib ki, heyvan qorxsun. Bu hadisələri videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Videoya reaksiya çox pis olub. Belə ki, heyvansevərlər saxta "Mehdi"ni tənqid ediblər.