HADİSƏ

Rayonda əxlaqsızlıq yuvası aşkarlanıb, iki qadın saxlanılıb

Polis əməkdaşları daxil olan məlumat əsasında əməliyyat keçiriblər
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Xaçmaz rayonu ərazisində əxlaqsızlıq yuvası aşkar olunub. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd sakini S.Nadirovanın həmin kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etməsi barədə məlumat daxil olub. Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının iyulun 30-da gecə saatlarında keçirdikləri əməliyyat tədbirləri nəticəsində sözügedən kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.