Paşinyan indi də Trampla görüşmək istəyir

Hələlik məsələ ilə bağlı son razılıq əldə olunmayıb
Sputnik

BAKI, 31 iyul — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının açılış sessiyasında iştirak edəcək. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tiqran Balayan bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək: "Onlar arasında ABŞ prezidenti Donald Trampla da görüş ola bilər. Hələlik məsələ ilə bağlı son razılıq əldə olunmayıb".