BAKI, 31 iyul — Sputnik. Mərkəzi Afrika Respublikasında (MAR) rusiyalı jurnalist Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev öldürülüb.
Bu barədə Sputnik AzərbaycanRusiya mətbuatına istinadən məlumat verir. Bu şəxslər həmin ölkədə qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər.
Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib. Detallar məlum deyil.
52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur. Heydər Camal özü 2016-cı ildə vəfat edib.