HADİSƏ

Dəhşətli qəzada bir ailənin 3 üzvü həlak oldu

Bakı-Qazax yolunda minik avtomobili KamAZ-a çırpılıb, bir ailənin 3 üzvü ölüb
Sputnik

BAKI, 31 iyul — Sputnik. Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində 90-MH-552 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili 20-CR-905 dövlət nömrə nişanlı KamAZ markalı yük avtomobilinə arxadan çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlərdən 3 nəfər ölüb, 4-ü xəsarət alıb. Ölənlərdən ikisi qadın, biri isə yeniyetmə oğlan olub. Qəza zamanı xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində həlak olan və xəsarət alanlar bir ailənin üzvü olub.

Faktla bağlı araşdırma aparılır.