SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səudiyyə kralından Trampa sərt mesaj

"Əgər Sülh planınız Fələstin tərəfi üçün ədalətdirsə açıqlayın, yoxsa açıqlamayın"
Sputnik

BAKI, 30 iyul — Sputnik. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səudun Donald Trampın "Yaxın Şərqdə" sülhə dair yeni planını dəstəkləməkdən imtina edə bilər. Sputnik Türkiyə xəbər verir ki, kral Trampa "Qərbi Qüds Fələstinin paytaxtı olaraq göstərilməzsə sənin planını dəstəkləməyəcəyik" deyib.

Daha əvvəl yayılan xəbərlərdə Səudiyyə şahzadəsi Məhəmməd bin Salman qeyri-şərtsiz ABŞ planını dəstəkləyirdi.

Son aylar ortalıqda görünməyən şahzadənin yerinə Fələstin məsələsində qərar verən kral Salman, Mahmud Abbas və digər ərəb liderlərini yerli fələstinliləri öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutmayan heç bir sülh planını dəstəkləməyəcəyinə dair zəmanət verib. 

Ekspert: “İsrail-Fələstin münaqişəsini sakitləşdirmək çətin olacaq”

Ər-Riyaddakı yüksək rütbəli şəxs məsələ ilə bağlı "Reuters"-ə bildirib: Səduiyyə Ərəbistanında artıq bu məsələ ilə bağlı qərarı şahzadə Məhəmməd deyil, kral Salman verir. ABŞ-ın xətası digər ölkələrə təzyiq edə biləcəyinə düşünmələridir. Ancaq bu məsələdə təzyiq keçmir. Heç bir ərəb lideri Qüds və Fələstini fəda etməz".

Misir və İordaniyada Tramp Administrasiyasına "Əgər Sülh planınız Fələstin tərəfi üçün ədalətdirsə açıqlayın, yoxsa açıqlamayın".

İordaniya tərəfi İsrailin xeyrinə bir planın ölkədə qarşıdurmaya səbəb olacağı və rəsmi Amman tərəfindən tamamilə rədd ediləcəyi bildirildi.