Azərbaycanda yüksək vəzifəli məmur işdən azad olundu

Vüqar Səfərov Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Sputnik

BAKI, 30 iyul — Sputnik. Prezident İlham Əliyev Vüqar Səfərovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Vüqar Şəmsəddin oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.