BAKI, 30 iyul — Sputnik. ABŞ-da şəhərlərdən birində məşhur "McDonalds" fast fud şirkətinə məxsus restoranında işçi müştəriyə qarşı amansız davranıb.
Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, işçi müştəri qadını döyüb. Baş verənləri digər müştərilər kameraya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Nəticədə "McDonalds" hər kəsin tənqidinə tuş gəlib.