CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş prokuror İsmayıllı ilə bağlı yeni əmr imzaladı

Tural Yusifova İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunub
Sputnik

BAKI, 30 iyul — Sputnik. İsmayıllıya yeni prokuror təyin edilib. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tural Yusifova İsmayıllı rayon prokuroru vəzifəsinin icrası həvalə olunub.

Məlumata görə, T. Yusifov buna qədər baş prokurorun böyük köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, İsmayıllı rayon prokuroru Ülvi Abbasov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilərək, azadlıqdan məhrum edilmişdi.