MƏDƏNİYYƏT

Azərbaycanın tanınmış bəstəkarı vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Sputnik

BAKI, 30 iyul — Sputnik. Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə vəfat edib.

Sputnik Azərbaycan-nın məlumatına görə, X. Mirzəzadə uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.

X. Mirzəzadə öz evində vəfat edib. 

Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib. "Yeddi oğul istərəm" filminin bəstəkarı də Xəyyam Mirzəzadədir.