HADİSƏ

Bəy öz toyundan qaçdı - VİDEO

Gəlin çıxılmaz vəziyyətdə qalıb və mikrofonu götürərək qonaqlara vəziyyəti izah edib
Sputnik

BAKI, 30 iyul — Sputnik. Tailandda qəribə hadisə baş verib.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı Manou Jutatip Nimnual və 20 yaşlı Phakin Junjerm toy ediblər. Gözəl günlərində hər kəs iştirak edib və bunu "Facebook" vasitəsi ilə canlı yayımda dostlarına da göstəriblər. Lakin toyun gedişatında gəlin çıxılmaz vəziyyətə düşüb. Belə ki, 24 yaşlı bəy onu tərk edib və toydan qaçıb. Gəlin çıxılmaz vəziyyətdə qalıb və mikrofonu götürərək qonaqlara vəziyyəti izah edib.

"Facebook"dan onları izləyən onlarla sosial şəbəkə istifadəçiləri gəlinə dəstək olublar.