Saxta "Mehdi" əmr verdi, qadınlar suya atıldılar - VİDEO

Videoda "Mehdi" bir neçə qadınla şəlaləyə gedib
Sputnik

BAKI, 29 iyul — Sputnik. İzmitdə yaşayan, sosial mediada, televiziyada ona vergi verildiyini iddia edən və özünü "Mehdi" adlandıran Tuncer Çiftçi bu dəfə sosial şəbəkələrdə çəkdiyi video ilə onu izləyənlərin marağına səbəb olub.

Videoda "Mehdi" bir neçə qadınla şəlaləyə gedib. Əlindəki çubuqla suyun içinə girən Tuncer Çiftçi qadınlardan şəlaləni keçmələrini istəyib. O, belə deyib: "Məni çox sevənlər şəlalənin altından keçəcəklər". Müxtəlif yaş qruplarına aid olan qadınlar bu sözlərdən sonra suya atılaraq onun dediklərini etməyə başlayıblar.

"Mehdi" bu mənzərədən çox razı qalıb. Sudan çıxmaq istəyən qadına "məni çox sevirsənsə bir daha suya atıl" deyib. Qadın fikirləşmədən yenidən suya tullanıb.