BAKI, 29 iyul — Sputnik. Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları — 2018” çərçivəsində Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsinin təntənəli açılış mərasimində iştirak ediblər.
Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 9-dək davam edəcək müsabiqədə Azərbaycan snayperləri ilə yanaşı 18 ölkənin komandası iştirak edir.