BAKI, 29 iyul — Sputnik. Rusiyanın Yakutiya bölgəsində donmuş halda tapılan 2 soxulcan alimlər tərəfindən araşdırılıb.
Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, əslində tədqiqat zamanı 300 soxulcan aşkar edilib. Onlardan cəmi ikisi alimlərin tədqiqatı nəticəsində dirilib. Soxulcanlar hərəkət edir, hətta yemək belə yeyirlər. Onlar hazırda dünyanın ən yaşlı heyvanlarıdırlar. Həyatlarına davam edən bir soxulcanın 32 min il, o birinin isə 42 min il yaşı var.
Alimlər bildirib ki, çoxhüceyrəli orqanizmlər uzun illər buzun altında öz formalarını itirmədən qala bilirlər.