Azər Allahverənov: “Azərbaycan ərəb turistləri üçün yeni bir dövlətdir”
“Son iki ildə ərəb ölkələrindən gələn turistlərin sayında çoxalma müşahidə olunur”. Bunu Sputnik Azərbaycan-a Azərbaycana gələn xarici turistlər haqqında danışarkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.
O bildirib ki, ərəb ölkələrindən gələn turistlərin sayı ümumi göstəricidə qonşu ölkələrdən gələnləri üstələmir: “Azərbaycanın ən çox Rusiya, Gürcüstan, İran və Türkiyə ilə turist mübadiləsi edir. Ərəb turistlərin sayında hər il müşahidə olunan artım gələcəkdə onların sayının digər ölkələrdən olanları üstələyə biləcəyini göstərir. Azərbaycan ərəb turistləri üçün yeni bir dövlətdir. Ona görə də onlar bura maraq göstərirlər. Azərbaycana gələn ərəb turistlər burada sadəcə dincəlmək üçün deyil, həm də biznes qurmaq üçün gəlirlər”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz