ELM

Su şüşəsini avtomobildə saxlamayın…

Əvvəlcə avtomobilin oturacaqları, sonra avtomobiliniz yana bilər
Sputnik

BAKI, 28 iyul — Sputnik. Avtomobilinizdə su şüşəsi qoyub gedirsinizsə, diqqətli olmalısınız.

Sputnik Azərbaycanxarici mətbuata istinadla xəbər verir ki, Stanford Universitetində aparılan araşdırmaya görə, yay aylarında kondisioneri işləməyən avtomobildə bir saata 22-35 C istilik 44-55 C olur. Buna görə günəşli günlərdə avtomobilin içində qalan şüşələr fəlakətə səbəb ola bilər. Bunu alimlər sınaqla sübut ediblər.

Belə ki, su şüşəsi böyüdücü rolunu oynayaraq günəş şüalarını 120 C–yə qədər artırır. Əvvəlcə avtomobilin oturacaqları, sonra avtomobiliniz yana bilər.