HADİSƏ

Şimal bölgəmizdə baş verən yanğın qorxunc miqyas alıb

Siyəzəndə baş verən yanğının əhatə etdiyi ərazi genişlənib
Sputnik

BAKI, 28 iyul — Sputnik. Siyəzən rayonunda baş verən yanğının əhatə etdiyi ərazi genişlənib.

"Report"un verdiyi məlumata görə, rayon ərazisində başlayan, meşə-çöl ərazisini əhatə edən yanğının hüdudları genişlənib.

Yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən alovu söndürmək hələ ki, mümkün olmayıb. Əlaqədar qurumlar yanğının söndürülməsi istiqamətində işlər aparır.

Qeyd edək ki, Quba rayonunun Qonaqkənd qəsəbəsində baş vermiş yanğın artıq söndürülüb.