RUSİYA

Putin ABŞ-ın ən böyük strateji səhvini açıqladı

Rusiya prezidenti vurğulayıb ki, hələ bir neçə il əvvəl heç kimin ağlına gəlmirdi ki, bu alətlər siyasi mübarizədə istifadə oluna bilər
Sputnik

BAKI, 28 iyul — Sputnik. Dollarla hesablaşmalarda məhdudiyyətlərin tətbiqi ABŞ-ın böyük strateji səhvidir və rezerv valyuta kimi dollara inamı azaldır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Cənubi Afrikada BRİCS sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Bizim amerikalı tərəfdaşlarımıza gəldikdə isə onların dollarla hesablaşmalara tətbiq etdiyi məhdudiyyətlər mənim fikrimcə, bizim amerikalı tərəfdaşlarımızın strateji səhvidir. Çünki onlar bununla bizim ehtiyat valyuta kimi dollara olan inamımızı azaldırlar", — deyə Putin vurğulayıb.

Rusiya prezidenti vurğulayıb ki, hələ bir neçə il əvvəl heç kimin ağlına gəlmirdi ki, bu alətlər siyasi mübarizədə istifadə oluna bilər.

Qeyd edək ki, 25 – 27 iyul tarixlərində CAR-ın paytaxtı Yohannesburqda BRİCS-in sammiti keçirilib.